AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

E-KİTABLAR

Əlimirzəyev Allahverdi. Urmiya hövzəsi tayfaları Azərbaycanın etnik, siyasi və mədəni tarixində: E.ə. VI-II minilliklər, iki cilddə, I cild

Müəllif Allahverdi Əlimirzəyev
Nəşr olunduğu il 2024
Bölmə tarix
Səhifə sayı 376
Dil Azərbaycan dili
Baxış sayı 47
Yükləmə sayı 0

Əlimirzəyev, Allahverdi.
Urmiya hövzəsi tayfaları Azərbaycanın etnik, siyasi və mədəni tarixində: e.ə. VI–II minilliklər.
İki cilddə. I cild.
Bakı: “Parlaq İmzalar” Nəşriyyatı, 2024. – 376 s.

Əlverişli təbii şəraiti, Ön Asiyanın qabaqcıl dövlətlərinə yaxınlıq Urmiya gölü hövzəsini Azərbaycanda min illərlə davam edən etnik, hərbi-siyasi və mədəni proseslərin mərkəzinə çevirmişdi. Son illər mövzu ilə bağlı mənbə bazasının genişlənməsi bu proseslərin daha dərindən öyrənilməsini zəruri etmişdir.

İki cilddə nəzərdə tutulan tədqiqat işinin I cildi Urmiya hövzəsinin beş min illik tarixini əhatə edir və fərqli etnik qrupların ictimai həyatında sosial təbəqələşmənin dərinləşdiyi, yeni istehsal münasibətlərinin formalaşdığı, qonşu dövlətlərlə hərbi qarşıdurmaların kəskinləşdiyi minilliklərə həsr olunmuşdur.

Monoqrafiyadan Azərbaycanın qədim tarixi ilə məşğul olan mütəxəssislər, eləcə də geniş oxucu auditoriyası faydalana bilər.

Paylaş: