AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

E-KİTABLAR

Azərbaycan və Avropa (italyanca)

Müəllif Yaqub Mahmudov
Nəşr olunduğu il 2015
Bölmə tarix
Səhifə sayı 280
Dil İtalyanca
Baxış sayı 1666
Yükləmə sayı 26

Monoqrafiya Azərbaycanın diplomatiya tarixinin ən maraqlı dövrlərindən birinə həsr olunub. Əsərdə XV-XVII əsrlərdə Avropa ölkələrində danışıqlar aparmış Azərbaycan diplomatlarının, həmçinin Ağqoyunlu və Səfəvi saraylarında olmuş Qərb səyyahları və səfirlərinin fəaliyyətləri işıqlandırılıb. Kitabda Azərbaycanın diplomatiya tarixinə dair zəngin faktik materiallar verilib. Əsərdəki bir çox yeni mənbələr - Ağqoyunlu və Səfəvi hökmdarlarının xarici ölkələrin hakimləri ilə yazışmaları, mühüm siyasi tapşırıqla Şərqə yola salınan Avropa diplomatlarına verilmiş məxfi təlimatlar, Qərbi Avropa diplomatlarının Ağqoyunlu və Səfəvi saraylarından öz ölkələrinə göndərdikləri məxfi məlumatlar, Osmanlı sultanlarının gömrük qanunları və s. qiymətli sənədlər müəllif tərəfindən elmi dövriyyəyə ilk dəfə daxil edilib. Monoqrafiya tarixçilər, diplomatlar, Azərbaycanın beynəlxalq münasibətlər tarixini öyrənən tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Paylaş: