AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

E-KİTABLAR

Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri (Müasir Türkiyə tarixşünaslığında)

Müəllif Tofiq Nəcəfli
Nəşr olunduğu il 2012
Bölmə tarix
Səhifə sayı 604
Dil Azərbaycanca
Baxış sayı 2480
Yükləmə sayı 256

Monaqrafiyada XV əsr Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixinin müasir Türkiyə tarixşünaslığında tədqiqi səviyyəsi öyrənilmişdir. Əsərdə Qaraqoyunlu və Ağqoyunlu tayfalarının mənşəyi problemi, eyni zamanda Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin ictimai-iqtisadi və siyasi tarixi, dövlət quruluşu, hərbi və idarə sistemi, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin Teymuri, Osmanlı və Misir Məmlük dövlətləri ilə qarşılıqlı əlaqələrinin Türkiyə tarixşünaslığında tədqiqi səviyyəsi araşdırılmış və dövrün mənbələrindən istifadə edilərək təhlil edilmişdir. Əsərdə Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixinə dair zəngin faktik material verilir. Monaqrafiya tarixçilər, Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixini öyrənən tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Paylaş: