AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

E-KİTABLAR

Tiflis quberniyasında azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınları

Müəllif Fəxri Valehoğlu
Nəşr olunduğu il 2013
Bölmə tarix
Səhifə sayı 240
Dil Azərbaycanca
Baxış sayı 1872
Yükləmə sayı 47

1905-1906-cı illərdə Cənubi Qafqazda ermənilərin fitnəsi ilə XX əsrin ilk qanlı erməni-azərbaycanlı münaqişəsi baş verir. Bu zaman Bakı, İrəvan, Naxçıvan, Şuşa, Yelizavetpol (Gəncə), Aleksandropol (Gümrü), Zəngəzur qəzalarında tüğyan etmiş qanlı hadisələr Tiflisdən və Borçalıdan da yan ötmür. Fəxri Valehoğlunun (Fəxri Hacıyevin) bu monoqrafik tədqiqatında ilkin yazılı mənbələr əsasında 1905-ci ilin noyabr ayında Tiflis quberniyasının Tiflisvə Borçalı qəzalarında baş vermiş erməni-azərbaycanlı toqquşmaları ətraflı şəkildə araşdırılmışdır. Ermənilər tərəfindən türk-müsəlmanlara qarşı həyata keçirilmiş qanlı aksiyalar və qətliam faktları Gürcüstan Milli Tarix Arxivində saxlanılan rəsmi sənədlərə və 1905-1906-cı illərdə Tiflisdə nəşr olunan gürcüdilli və rusdilli mətbuat orqanlarına istinadən üzə çıxarılmış, bununla da XX əsrdə Qafqaz arealında ilk kütləvi qətllərin müəlliflərinin ermənilər olduğu bir daha sübut olunmuşdur. Kitabda eyni zamanda Borçalı türklərinin cəsurluğu, ermənilərin amansız hücumuna məruz qalmış Tiflisdəki soydaşlarına silahlı dəstələr göndərərək arxa durmaları və sərgilədikləri digər həmrəylik nümunələri geniş təsvir edilmişdir.

Paylaş: