Girdiman tarixi (IV-IX əsrlər)
| Müəllif | Qafar Cəbiyev |
|---|---|
| Nəşr olunduğu il | 2010 |
| Bölmə | tarix |
| Səhifə sayı | 616 |
| Dil | Azərbaycanca |
| Baxış sayı | 2471 |
| Yükləmə sayı | 56 |
Əsərdə erkən orta əsrlərdə Qafqaz Albaniyasında mövcud olan inzibati-siyasi vahidlərdən birinin - Girdiman vilayətinin tarixindən bəhs olunur. Yazılı mənbələrin məlumatları, arxeoloji materiallar, qədim toponimlər və etnik-mədəni reallıqlar əsasında Girdiman ərazilərinin indiyədək güman edildiyi kimi Albaniyanın qərbində, yaxud da şimal-qərbində deyil, Şirvan ərazisində olduğu əsaslandırılır. Ərazinin təbii-coğrafi xatrakteristikası və əhalinin məskunlaşma dinamikası verilməklə maddi-mədəniyyət abidələri və təsərrüfat həyatından bəhs olunur. Girdiman vilayətinin Albaniyanın iqtisadi, siyasi, hərbi, dini və mədəni həyatında yeri və rolu araşdırılır. Bir sözlə, bu kitab Albaniyanın inzibati-siyasi vahidlərindən biri olan Girdiman vilayətinin tarixinə həsr olunmuş ilk xüsusi tədqiqat əsəridir.