AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

E-KİTABLAR

Azərbaycan: qısa dövlətçilik tarixi (rusca)

Müəllif Yaqub Mahmudov
Nəşr olunduğu il 2005
Bölmə tarix
Səhifə sayı 140
Dil Rusca
Baxış sayı 402
Yükləmə sayı 10

Azərbaycan tarixçisi, əməkdar elm xadimi, tarix elmləri doktoru professor Yaqub Mahmudovun bu kitabında Azərbaycanın dövlətçilik tarixi məsələləri yığcam şəkildə işıqlandırılır. Müəllif ayrı-ayrı fəsillərdə e.ə.IV minilliyin sonlarından başlayaraq yaşadığımız günlərədək Azərbaycan ərazisində dövlət qurumlarının meydana gəlməsi və inkişafının əsas mərhələlərini şərh edir. Kitab yeddi fəsildən ibarətdir. Əsərdə dahi dövlət xadimi Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qazanılması və möhkəmləndirilməsi sahəsindəki roluna və xidmətlərinə, Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlətə çevrilməsinə yönəlmiş islahatlara xüsusi diqqət yetirilir. Kitab geniş oxucu kütləvi üçün nəzərdə tutulmuşdur.   

Paylaş: